Azərbaycan multikulturalizmi Almaniyada

Azərbaycan multikulturalizmini tədris edən xarici universitetlərin sayı getdikcə artır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, bu günlərdə həmin universitetlərin sırasına Almaniyanın Auqsburq Universiteti də qoşulub.

Fevralın 8-12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmi üzrə intensiv kurs təşkil olunub. Kursu Auqsburq Universitetinin alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib. Beş gün ərzində (hər gün saat 08:00-dan 19:00–dək) davam edən kursa universitetin filologiya və tarix fakültələrinin 10 tələbəsi qatılıb.

AZƏRTAC