Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan Respublikası 1995-ci il fevralın 1-də Strasburq şəhərində imzalanmış «Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası»na bu Qanunun 2-ci bəndində verilən bəyanatla qoşulsun.
  2. Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olduğunu təsdiqləyərək, insan hüquq və azadlıqlarına rəğbət bəsləyərək bəyan edir ki, «Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası»nın ratifikasiyası və onun müddəalarının həyata keçirilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə, onun daxili və xarici təhlükəsizliyinə xələl gətirə bilən hər hansı hərəkətləri istisna edir.
  3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 16 iyun 2000-ci il
№ 897-IQ