Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq qərara alır:
- «Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında» 1994-cü il oktyabrın 21-də Moskva şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair xüsusi rəyi nəzərə alınmaqla təsdiq edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələlərin həllini təmin etsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi göstərilən Konvensiyanın təsdiq edilməsi barədə aktı Belarus Respublikasının hökumətinə (depozitariyə) göndərsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R.QULİYEV
Bakı şəhəri, 12 sentyabr 1995-ci il
№ 1103