Berna Arda: Bakı multikulturalizm mövzusunu müzakirə etmək üçün çox uyğun məkandır

Hazırda tibb etikası və bioetika mövzuları ilə bağlı tədqiqat aparıram. Bakıda keçirilən 23-cü Dünya Tibbi Hüquq Konqresində iştirak etmək üçün Azərbaycana gəlmişəm. Azərbaycan Türkiyə üçün qardaş ölkədir. Ona görə Bakı kimi gözəl şəhərə səfər etmək və onu görməkdən məmnunluq hissi keçirirəm.

Bu sözləri Ankara Universitetinin tibbi fakültəsinin professoru, tibb doktoru Bərna Arda AZƏRTAC-a müsahibəsində deyib.

Türkiyəli professor bildirib: “Tədbirin əsas mövzusu çoxmədəniyyətlilik - multikulturalizmlə bağlıdır. Multikulturalizm mövzusunu müzakirə etmək üçün Bakı çox uyğun məkandır. Çünki burada təkmədəniyyətliliyin deyil, fərqli mədəniyyətlərə sahib insanların sabitlik və sülh şəraitində yaşadığını görmək mümkündür. Dünyanın müxtəlif yerlərində müharibələr davam edərkən, insanlarda tolerantlıq hissləri olmazkən, Bakıda, bu gözəl coğrafiyada müxtəlif mədəniyyətlərə hörmət etməyin və birlikdə yaşamağın mümkünlüyünü görmək çox önəmlidir. Bu baxımdan bütün dünyanın Azərbaycandan öyrənə biləcəyi çox şey var”.

Türkiyənin və Azərbaycanın bir-biri ilə yaxın əlaqələri olan iki qardaş ölkədir. Azərbaycanda çox mühüm bir məsələnin yaşadığının şahidi oldum. Bu da bütün inanclara hörmət etmək düşüncəsinin göstəricisidir. Bu, həqiqətən XXI əsrdə yaxşı mənada təəccüb doğuracaq məsələdir. Hesab edirəm ki, bu, bütün müsəlman dünyası üçün mühüm başlanğıc nöqtəsi və davam etdiriləcək yol ola bilər.

“2021-ci ildə belə bir konqresi İstanbulda təşkil etməyi düşünürük. Orada başqa mövzuda qaçqınların, sığınacaq yer axtaranların, xüsusilə ana və uşaqlar kimi xüsusi insan qruplarının hüquqlarının etik və tibb hüququ baxımından necə qorunması məsələlərini müzakirə edəcəyik”, - deyə B.Arda vurğulayıb.

Bakı, 11 iyul 2017

AZƏRTAC