Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin vətəndaşlarının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycanın beynəlxalq arenaya təqdim etdiyi multikultural model xalqların və dini konfessiyaların dostluq və mehriban şəraitdə birgə yaşamalarını və fəaliyyət göstərmələrini təmin edən modeldir. Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan edilmişdir. Həmin sərəncamın icrası məqsədilə Dövlət başçısının 2016-cı il martın 11-də təsdiq etdiyi “Tədbirlər Planı”nın 43-cü bəndində “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət strukturlarına həvalə edilmişdir.
Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan, ingilis və rus dillərində hazırladıqları və istifadəçilərin sərəncamına təqdim etdikləri veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini tam dolğunluğu ilə əhatə edir. İstifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir. Azərbaycan multikulturalizminə dair Azərbaycan və digər dillərdə kitabların elektron versiyaları “E-Kitabxana” bölməsində istifadəçilərə təqdim edilir. “E-Resurslar” bölməsində multikulturalizmə dair məqalələrin tam mətnləri və mütəmadi olaraq yenilənən məlumat bülleteni ilə tanış olmaq mümkündür. İstifadəçilərə ölkəmizdə və xaricdə keçirilən bir sıra mühüm tədbirlər haqqında müxtəlif mənbələrdən toplanan materiallar təqdim edilir. İstifadəçilər həmçinin “Multimedia” bölməsində milli azlıqların və azsaylı xalqların adət-ənənələrini, folklorunu özündə əks etdirən video və fotoqalereyalar vasitəsilə əyani məlumat əldə edə bilərlər.
Materialların hazırlanmsında etdikləri köməkliyə görə AZƏRTAC-ın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun rəhbərliyinə, həmçinin "Musiqi dünyası" beynəlxalq-elmi jurnalın (atlas.musigi-dunya.az) yaradıcı heyətinə öz minnətdarlığımızı bidiririk.
Multikulturalizmə dair mətnlər hazırlanarkən adları aşağıda qeyd edilən ayrı-ayrı müəlliflərin kitablarından və məqalələrindən istifadə edilmişdir. Ona görə də həmin müəlliflərə öz təşəkkürümüzü bildiririk:
Abdullayev, Kamal. Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək... / K. Abdullayev // Multikulturalizm.- 2016.- № 1.- S. 37-43.
Azərbaycan Milli Ensiklopediyası: 25 cilddə / A. A. Abbasov [et al.]; red. heyəti: İ. H. Əliyev [et al.]; red. M. K. Kərimov.- Azərbaycan.- Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- 883 s.
Azərbaycan rəqəmlərdə - 2015: statistik məcmuə = Azerbaijan in fiqures - 2015: statistical yearbook / Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; məcmuənin rəh. H. F. Bağırov.- Bakı, 2015.- 178 s.- Azərbaycan və ingilis dillərində.
Cəfərov, Nizami. Azərbaycançılıq ideologiyasnın təkamülündə yeni mərhələ - İlham Əliyev mərhələsi / N. Cəfərov // 525-ci qəzet.- 2015.- 24 dekabr.- № 237.- S. 4.
İsmayılov, Gündüz Kamil oğlu. Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz / G. K. İsmayılov; ön sözün müəl. M. Q. Qurbanlı; red. N. Məmmədov.- Bakı: Nurlar NPM, 2014.- 240 s.
Qədirov, Fərzəli. Multikulturalizm və təhsil / F. Qədirov // Respublika.- 2016.- 23 iyul.- № 157.- S. 5.
Qurbanlı, Mübariz. Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur / M. Qurbanlı // Multikulturalizm.- 2016.- № 1.- S. 44-47.
Mehdiyev, Ramiz. Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi / R. Mehdiyev // Azərbaycan. - 2007.-9 noyabr.- № 252.- S. 4.
Muradova, Bahar. Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritet istiqamətidir / B. Muradova // Xalq qəzeti.- 2016.- 8 may.- № 99.- S. 3.
Niftiyev, Niyaz. Multikulturalizm birgəyaşayışda stimul kimi / N. Niftiyev // 525-ci qəzet.- 2015.- 10 aprel.- № 62.- S. 4.
Rzayev, Rövşən. Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu / R. Rzayev // 525-ci qəzet.- 2014.- 28 may.- № 93.- S. 6.