«Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında» Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

«Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında» 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 26 noyabr 2009-cu il
№ 918-IIIQ