İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan Respublikası İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunmuş Beynəlxalq Konvensiyaya qoşulsun.
  2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 31 may 1996-cı il
№ 95-IQ.