Regional dillər və ya azlıqların dilləri haqqında Avropa Xartiyasını Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  1. 5 noyabr 1992-ci il tarixli Regional dillər və ya azlıqların dilləri haqqında Avropa Xartiyasını əraziyə dair bəyanatla (əlavə olunur) Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəsi Aqşin Şəfaət oğlu Mehdiyevəverilsin.
  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Xartiyanı imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəsi Aqşin Şəfaət oğlu Mehdiyevə verilməsi barədə Avropa Şurasına bildiriş göndərsin.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2001-ci il
№ 838

Azərbaycan Respublikasının Regional dillər və ya azlıqların dilləri haqqında Avropa Xartiyasına dair
BƏYANATI

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur)