Deportasiya olunmuş şəxslərin, milli azlıqların və xalqların hüquqlarının bərpası ilə bağlı məsələlərə dair Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Deportasiya olunmuş şəxslərin, milli azlıqların və xalqların hüquqlarının bərpası ilə bağlı məsələlərə dair 1992-ci il oktyabrın 9-da Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilsin.
  2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 8 oktyabr 1996-cı il
№ 173-IQ