Bu gün Bakı şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftomoloq alim Zərifə xanım Әliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Regional Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, bu konfransın Azərbaycanın 8 bölgələsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırmışdır. Komitə sədri Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq bütün zəvvarlara uğurlu yol arzulamış ibadətlərinin, o cümlədən dövlətimizin inkişafı naminə edəcəyi duaların qəbul olunmasını diləmişdir.
Konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırmış, dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi kimi son illərdə dövlət başçısının qayğısı nəticisində ibadət evlərinin təmiri, bərpası və yenidən əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlərdən söhbət açmışdır.
İskəndərov ölkəmizdə dinlərarası tolerantlığın yüksək səviyyədə olduğunu bildirmiş və ötən həftə Nyu Yorkda, BMT-nin mənzil qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə "Milli Tolerantlıq Mərkəzinin layihəsi olan "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərginin açılmasını bunun ən yüksək bariz nümunəsi olduğunu qeyd etmişdir.
Dini icmalarla dövlət arasında, həmçinin müxtəlif dinlərə mənsub olan icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmış, bildirmişdir ki, son bir ildə icmaların daha çox sosial layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin etmiş olur. Dövlət Komitəsinin sədri dini icmaları sosial yönümlü layihələri, o cümlədən müxtəlif problemləri ilə əlaqədar bundan sonra da Dövlət Komitəsi ilə sıx əməkdaşlığının zəruriliyini önə çəkərək bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulamışdır.
Respublika Konfransında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə “Dini icmaların sosial layihələrinə dəstək proqramı”nın qalibləri elan olunmuş və onlara layihələrin icrası ilə bağlı sertifikatlar təqdim edilmişdir. Dini icmaların sosial layihələrə cəlb edilməsi məqsədilə Ramazan ayı ərəfəsində elan edilmiş proqrama hər biri 5000 manat olmaqla 40-a yaxın layihə təqdim edilmişdir.
Daha sonra çıxış edən dini icma nümayəndələri ilk növbədə Dövlət Komitəsinə bu təşşəbüsü üçün təşəkkürünü bildirmiş qeyd etmişlər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi əhəmiyyət kəsb edir.
Respublika konfransı "Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "İslamda orta yol" panelləri üzrə “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Vətənpərvərlik milli-mənəvi dəyər kimi”, mövzularında məruzələlə davam edib.
DQİDK-nin mətbuat xidməti