Lənkəranda “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda çıxış edənlər xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində tolerant və multikultural ənənələrindən danışaraq, bu ənənələrin birgəyaşayış mədəniyyətini təşkil etdiyini bildiriblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, onun davamı kimi 2017-ci ilin “İslam həmrəyliyi İli” elan edilməsi tolerant və multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC