“Neftçalada multikulturalizm” sənədli filminin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə çəkilən filmdə Neftçalada yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqad sahibi olan azsaylı xalqların və etnik qrupların həyatından söhbət açılır.
Filmin nümayişindən əvvəl rayonda yaşayan azsaylı xalqların nümayəndələri rəngarəng proqramla çıxış ediblər.
Sonra film nümayiş olunub.
Filmin ssenari müəllifi və rejissoru mərkəzin direktoru Ruhəngiz Nəcəfovadır.
AZƏRTAC