Əməkdar Rəssam, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov “Multikulturalizm” adlı rəsm əsəri üzərində işi başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, rəssam sənətsevərlərə təqdim etdiyi yeni əsəri vasitəsilə Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyinin dövlət sərvəti olduğunu çatdırmağa nail olub. Əsər 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə töhfədir.
Qeyd edək ki, Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur.
Rəssamın işlərinin əsas mövzusu Azərbaycan və xalqımızın milli adət-ənənələridir.
AZƏRTAC