Avropa Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycanın tolerantlıq modeli" adlı tədbir keçirilib.
Tədbirdə qonaq qismində Avropa Parlamentinin deputatları iştirak ediblər. Tədbirdə məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Respublikasında dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə iştirakçılara məlumat verərək bildirib ki, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modelinin əsasında Azərbaycan xalqının dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə apardığı tolerantlığı və qarşılıqlı hörməti təşviq edən siyasəti də dayanır.
Məruzədə sadalanmış tolerantlıq nümunələri, həmçinin bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işlər Avropa Parlamentinin deputatları tərəfindən maraqla qarşılanıb. Avropa Parlamentinin bolqarıstanlı üzvü Yevgeni Kirilov və estoniyalı üzvü Kristina Oyuland Azərbaycanın tolernatlıq modelinin örnək model olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıblar.
scwra.gov.az