Ekstremizmin qarşısının alınması yolları: Multikulturalizm, ümumi dəyərlər və plüral cəmiyyət

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Ekstremizmin qarşısını almaq üçün çoxmәdәniyyәtli (multikultural) cәmiyyәtin formalaşdırılması perspektivlәrinin tәşviqi" mövzusunda bölmә iclası keçirilib.

AZӘRTAC xəbər verir ki, İslam tarixi, incәsәnәti vә mәdәniyyәti üzrә elmi-tәdqiqat Mәrkәzinin (İRCİCA) baş direktoru Halit Eren ekstremizm vә terrorizmlә mübarizә aparmağın hazırkı dövrdә ölkәlәr qarşısında prioritet mәsәlә olduğunu qeyd edib. O bildirib ki, xüsusәn bu bәlalardan müsәlman ölkәlәri çox әziyyәt çәkir. Baş direktor Azәrbaycanın da ekstremizmlә qarşılaşdığını, ölkәdә miltikulturalizmin inkişafına böyük diqqәt yetirildiyini bildirib. H.Eren bәşәriyyәti narahat edәn bu bәlaların müzakirә olunduğu VII Qlobal Foruma ev sahibliyinə görә Azәrbaycan dövlәtinә tәşәkkürünü bildirib. O deyib ki, hansı dinә mәnsubluğundan asılı olmayaraq insanlar arasında ümumi dәyәrlәrin tәbliği dünyada ayrı-seçkiliyin qarşısının alınmasına, plüral cәmiyyәtin formalaşmasına kömәk edә bilәr.

İrqçilik, ksenofobiya vә digәr dözülmәzlik formaları ilә әlaqәdar BMT-nin xüsusi mәruzәçisi Dodu Dien müasir cәmiyyәtlәrin bir çox paradiqmaların - dini, mәdәni vә digәr dәyәrlәrin dәyişdiyi bir dövrü yaşadığını bildirib. Hazırda milli identifikasiya böhranının yaşandığını vurğulayan D.Dien deyib ki, bu, qloballaşma prosesi ilә sıx bağlıdır. O, inklüziv cəmiyyətlərdə müxtəlif xalqların nümayәndәlәrinin etik, estetik vә mәnәvi inteqrasiyasının vacibliyini qeyd edərək deyib: "Avropada miqrantlara imkan daxilində iqtisadi şәrait yaradılır, onlar evlә, işlә tәmin edilir. Amma onların mәnәvi inteqrasiyasına diqqәt yetirilmir. Multikulturalizm yalnız bu amil nәzәrә alındıqda tam mәnada mövcud olmuş olar”.

Türk Mәdəniyyәti vә İrsi Fondunun prezidenti Günay Әfәndiyeva rәhbәri olduğu tәşkilatda müxtәlif dinlәrә sitayiş edən türk xalqlarını birlәşdirdiklәrini, onların mәdәniyyәtlәrini tәbliğ etdiklәrini bildirib. O, Fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini, türkdilli xalqların mədəniyyətinin qorunması üçün təşəbbüslər həyata keçirdiklərini diqqətə çatdırıb.

Günay Əfəndiyeva qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilmәsi tәsadüfi deyil. Çünki multikulturalizm Azәrbaycan cәmiyyәtindә hәyat tәrzidir. “Azәrbaycan çoxmillətli ölkədir. Onların hamısı Azərbaycan cəmiyyətinin bir parçasıdır. Ölkəmizdə pravoslav kilsəsi, sinaqoq, alman kilsəsi, katolik məbədi var”, - deyə o bildirib.

G.Əfəndiyeva Ermәnistanın Azәrbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişə nəticəsində azərbaycanlıların Ermənistandan tamamilə çıxarıldığını, ölkəmizin 20 faiz ərazisinin işğal edildiyini, lakin buna baxmayaraq, Azərbaycanda hazırda 30 min erməninin yaşadığını iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni və tarixi abidələri dağıtdıqları halda, Bakının mərkəzində erməni kilsəsi indi də qorunub saxlanıb. Bu, Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir.

O bildirib ki, Azərbaycanda yaşayan xalqlar öz dillərini və mədəniyyətlərini inkişaf etdirirlər, dövlәtimizin başçısı onların nümayәndәlәri ilə mütəmadi görüşlәr keçirir.

Prezident İlham Əliyev tәrәfindәn Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını bildirən G.Əfəndiyeva artıq dünyanın bir sıra universitetlərində “Azәrbaycan multikulturalizmi” fәnninin tədris olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan multikulturalizm modelinin digər ölkələr üçün örnək olduğunu vurğulayıb.

KAİCİİD Dialoq Mәrkәzinin baş katibinin ali müşaviri, professor Mәhәmmәd Abu Nimer İslam dininin fundamental sülh vә birgәyaşayış dәyәrlәri mәnbәyi olduğunu vurğulayıb. O qeyd edib ki, İslam daim sülh vә bәrabәrlik anlayışları ilә birgә tәsәvvür edilib. M.A. Nimer Mәrkәzin tәşkil etdiyi tәlimlәrin mәqsәdlәri və istifadә etdiyi metodlar haqqında danışıb.

Beynәlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali VII Forumun zәngin multikultural dəyərlərə malik olan Azәrbaycanda keçirilmәsinin böyük simvolik mәna kәsb etdiyini bildirib. Çıxışında o, qәdim İslam mәdәniyyәtinin dünya mәdәniyyәtinә tәsir etdiyini, Şәrq әdәbiyyatında çoxmәdәniyyәtlilik vә insana sevginin tәrәnnüm edildiyini vurğulayıb.

AZӘRTAC