Avropa ekstremistləri gəlib Azərbaycanı görməlidirlər – Arian Bendavid

Arian Bendavid Parisdə Sorbonn Universitetinin İbrani dili professorudur. “Valiské” Assosasiyası ilə Azərbaycana gəlib. “Valiske” dünya yəhudilərinin az tanınan izlərinin kəşf olunması üçün onların yaşadıqları yerlərə səfərlər təşkil edən bir assosiasiyadır. Hazırda Azərbaycanda yaşayan yəhudi icmalarını kəşf etməyə gəlib.

- Mən eşitmişdim ki, bu ölkə qonaqvərvər, sakit, açıq bir ölkədir, lakin səfər etmədiyim üçün dəqiq heç nə bilmirdim. Mən Qərb üslublu müasir şəhər olan Bakını kəşf etdim. Fransızların Azərbaycan haqqında məlumatları yoxdur. Bütün görüşdüyümüz insanlar bizimlə xoş münasibədə oldular. Qubada yəhudi qəbiristanlığından çıxanda bir azərbaycan xanımı bizi təndirdə bişirdiyi çörəyə qonaq etdi.

- Azərbaycanı Fransa və digər Avropa ölkələri ilə müqayisə edərkən nələri qeyd edərdiniz?

- Biz təsəvvür edə bilməzdik ki, müsəlman bir ölkə yəhudi icmalarını belə xoş qarşılayar. Fransa dünyəvi bir ölkədir, yəhudilər orada çox yaxşı yaşayırlar, lakin təəssüf ki, son vaxtlar bu cəmiyyətdə çoxlu xurafatlar gəzir. Onlar həm yəhudilərin, həm də müsəlmanların əleyhinə işləyir. Nəticədə müsəlman və yəhudi İcmaları bir-birlərilə ünsiyyətdə olmur, bir-birilərini başa düşmürlər. Azərbaycanda isə biz həqiqətən də yaxşı mənada heyrətləndik. Müsəlman bir ölkənin xristian və yəhudilər üçün bu qədər qonaqpərvər olması gözəldir. Çünki ümumi götürdükdə, yəhudilər bir neçə istisnanı nəzərə almaqla, müsəlman ölkələrində pis qarşılanırlar. Azərbaycanda isə yəhudilər sərbəst şəkildə gəzir, sinaqoqlara gedirlər. Oguz rayonunda Dağ Yəhudiləri dini icmasının nümayəndəsi bizə Azərbaycanda hər kəslə harmoniya içində yaşadıqlarını bildirdi.

- Sorbonn Universitetinin professoru kimi Qarabağ münaqişəsilə bağlı məlumatınız varmı?

- Əlbəttə, var. Bilirəm ki, bu münaqişə regionun başlıca problemidir. Lakin bu bir həqiqətdir ki, Fransa mediasında diqqət ayrılan bir münaqişə deyil, Fransada hazırda Suriya, İraq münaqişələrindən danışılır.

- Bu il Azərbaycanda “Multikulturalizm ili“ elan olunub. Bu addımı necə qiymətləndirirsiniz?

- Həqiqətən, Azərbaycandan öyrəniləsi dərslər var. Çünki Avropada, təəssüflər olsun ki, bir çox ölkələrdə ekstremizmin artması görünür. Həmin ekstremistlər multikulturalizmə qarşıdırlar. Düşünürəm ki, onlar sizin ölkənizə gəlib, buranı görsələr, inanarlar ki, problemsiz birgə yaşayış modeli mümkündür. Avropalılar bu birgəyaşayış modelinə yenidən qayıtmalıdırlar. Sizə ürəkdən arzu edirəm ki, bu birgəyaşayışı, tolerantlılığı qoruyub saxlayasınız. Siz necə də qonaqpərvər, sevimlisiniz, fərqli dinlərdən, etnoslardan olan insanlar burada harmoniya şəklində yaşayırlar. Bunları görmək olduqca gözəldir. Ekstremistlərin qalib gəlməsinə heç zaman imkan verməyin!


Səid Musayev

15 iyul 2016

http://az.azvision.az/news.php?id=95504